İstefa verən baş nazir Saad Həriri Fransaya getdibackend

İstefa verən baş nazir Saad Həriri Fransaya getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Livan televiziyası Həriri və həyat yoldaşı Laranın Parisə getməyini canlı yayımlayıb.
Həriri yola çıxmamışdan əvvəl açıqlamasında bildirib ki, Livandakı vəziyyətin gələcəyi haqqında məsləhətləşmələr üçün Səudiyyə Ərəbistanındadır, digər yayılan xəbərlər əsassızdır.

Qeyd edək ki, Fransa Prezident Aparatının məlumatına görə, dövlət başçısı Emmanuel Makron günorta saatlarında Həriri ilə görüşəcək. Həririnin Parisdə nə qədər müddət qalacağı, Beyruta nə vaxt geri dönəcəyi hələ ki, məlum deyil.

İnterpress.az