Uçqun zamanı torpağın altından çıxarılan fəhlənin vəziyyəti orta-ağırdırbackend

Uçqun zamanı torpağın altından çıxarılan fəhlənin vəziyyəti orta-ağırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suraxanı rayonu ərazisində yerləşən Zığ qəsəbəsinin 43 saylı yaşayış binasını uçmaq təhlükəsindən qorumaq üçün aparılan işlər az qala bir nəfərin həyatı bahasına başa gələcəkdi.

İnterpress.az xəbər verir ki, Sabunçuda yerləşən 3 saylı şəhər-kliniki xəstəxanasına yerləşdirilən Əmirəhməd Bağırzadənin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə hadisənin yaşandığı 43 saylı binanın arxasında drenaj işləri aparılır. Məqsəd binanın möhkəmləndirilməsini təmin etməkdir.

Xatırladaq ki, yaranmış vəziyyətlə baglı binadan sakinlərin köçürülməsi prosesi yalnız Fövqəladə Hallar Nazirliyinin rəyindən sonra həyata keçirilə bilər.

İnterpress.az