Saad Hariri yaxın günlərdə Beyruta qayıdacaqbackend

Saad Hariri yaxın günlərdə Beyruta qayıdacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Hariri bunu jurnalistlərə Yelisey sarayında Fransa Prezidenti Emanuel Makronla görüşünün yekunları barədə danışarkən bildirib. “Livanda siyasi vəziyyətə gəlincə, mən yaxın günlərdə Beyruta gedəcəyəm, müstəqilliyimizin bayram olunmasında iştirak edəcəyəm, məhz orada respublikamızın prezidenti, general Mişel Aunla görüşdükdən sonra bütün mövzular üzrə öz mövqeyimi elan edəcəyəm”, – Saad Hariri belə deyib.

Ailəsi ilə birlikdə Ər-Riyaddan Parisə gələn Hariri Fransa Prezidenti Emanuel Makrona dəvətə və dəstəyə görə xüsusi minnətdarlığını ifadə edərək deyib ki, bu dostluq jestini heç vaxt unutmayacaq.

Xatırladaq ki, Livanın Baş naziri Saad Hariri noyabrın 3-də Səudiyyə Ərəbistanına səfərə getmiş və orada gözlənilmədən öz postundan istefa verdiyini elan etmişdi.

İnterpress.az