Meşələri qıranı 51 nəfərə qarşı inzibati protokol tərtib olundubackend

Meşələri qıranı 51 nəfərə qarşı inzibati protokol tərtib olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan İnterpress.az-a verilən məlumata görə, \”Ətraf mühitin mühafizəsi\”, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalarla bağlı 2017-ci ilin on ayı ərzində Oğuz RPŞ tərəfindən 51 inzibati protokol tərtib olunub.

Azərbaycan Respublikası İXM-nin 252-ci maddəsi ilə yəni, meşəqırma fondundan istifadənin oduncağın tədarük edilib daşınması qaydasının pozulmasına görə 6 fakt, meşəqırma bileti olmadan meşə fondunun kök üstə yaş ağacların və kolların kəsilməsi, məhv edilməsi və zədələnməsinə görə 6 fakt, meşə fonduna aid olmayan ağac və ya kol əkililərinin zədələnməsinə, kəsilməsinə və ya məhv edilməsinə görə 5 fakt və nəhayət Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsi ilə, yəni torpaqların, meşə fondu torpaqlarının münbit qatının korlanmasına görə 34 fakt qeydə alınıb və barələrində müvafiq tədbirlər görülüb.

Eləcə də Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə iki cinayət faktı qeydə alınaraq araşdırma aparılmış və baxılması üçün məhkəməyə göndərilib.

Oğuz rayon Polis Şöbəsi tərəfindən qeyd olunan inzibati xətaların aşkarlanması üzrə tədbirlər davam etdirilir.

İnterpress.az