Sabirabad rayon İcra Hakimiyyəti Başçısının – Özbaşnalığıbackend

Sabirabad rayon İcra Hakimiyyəti Başçısının – Özbaşnalığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, rayonun Çöl Dəllək kənd sakinləri bildiriblər ki, bir müddət əvvəl onlara məxsus olan və mal-qaralarını otarmaq üçün istifadə etdikləri örüş sahələrində kimliyi bilinməyən adamlar peyda olub.

Az keçməyib ki, örüş sahələrində traktorlar görünməyə başlayıb. İcra başçısının örüş sahələrini satdığı adamlar ərazini şumladaraq əkin işlərinə başlayıblar.

Kənd sakinləri deyir ki, artıq bir neçə gündür ki, mal-qaralarını otaramaq üçün gəldikləri örüş sahələrində kimli məlum olmayan şəxslərin təzyiqi ilə qarşılaşırlar.

Örüş sahələrini itirən kəd sakinləri bildiriblər ki, həmin adamlar onları əraziyə nəinki buraxmır hətta, polislə hədələyirlər: “Sonuncu dəfə konkret olaraq bizə dedilər ki, bir də bura gəlsəniz polis şöbəsinə aparılacaqsınız. Onların bu hədəsinə fikir vermədik. Yarım saat keçərdi ki, ərazidə polislər göründü. Biz də, örüş sahəmizdən uzaqlaşmaq məxburiyyətində qaldıq”.

Örüş sahələrini itirən kənd sakinləri şikayət üçün getdikləri rayon icra hakimiyyətində isə, ögey münasibətlə qarşılaşıblar: “Biz icra başçımız Nazim İsmayılovla görüşmək istədik. Əvvəlcə səbəbini soruşdular. Örüş sahələrimzlə bağlı dedikdə, başçının bizi qəbul etmək istəmədiyini bildirdilər. İndi biz, dərdimizi kimə deyək? Mal-qaramızı harada otaraq? Axı niyə bu məmurlaq imkan vermir ki, kasıb evinə bir tikə çörək aparsın?”.

Narazı kənd sakinləri deyir ki, örüş sahəsini qanunsuz ələ keçirib əkin işləri aparanlara Çöl Dəllək kənd bələdiyyəsinin sədri Müslim Rzayev havadarlıq edir: “Görünür həmin adamlar Müslim Rzayevə möhkəm “hörmət” ediblər. Belə olmayasadı əl-ayağa düşməzdi. Bizim kəndin bələdiyyə sədri olsa da, bizim maraqlarımızı qorumaq əvəzinə tanımadığımız kənardan gələn və örüş sahələrimizi ələ keçirən adamları müdafiə edir. Onun barəsində icra hakimiyyətinə yazdığımız şikayət məktubuna da cavab vermir, konkret hansısa tədbir görmürlər”.

İnterpress.az