Tatarıstanda Azərbaycan diasporunun sədri həbs edilib -TƏCİLİbackend

Tatarıstanda Azərbaycan diasporunun sədri həbs edilib -TƏCİLİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az olaraq əldə etdiyimiz son məlumata görə, Sərraf Kərimov artıq azad olunub. Bu barədə geniş açıqlama veriləcək.

***
İnterpress.az xəbər verir ki, Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının prezidenti Sərraf kərimov Rusiya xüsusi xidmət orqanları tərəfindən həbs olunub.

Sərraf Kərimovun həbs olunma səbəbi dəqiq bilinməsədə onun Kazanda yaşayan həmvətənlərimizin hüquqlarını qoruduğu üçün həbs edildiyi ehtimal olunur. Sərraf Kərimov Tatarstan rəsmiləri ilə sıx münasibəttə olan diaspor sədri kimi tanınır. O, Cəlilabad rayonunun Abazallı kəndində anadan olub. Hal hazırda Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının prezidentidir. O, eyni zamanda karate üzrə ikiqat Tatarıstan çempionu, qara kəmər ustası, ehtiyatda olan zabitdir.

Diaspor sədrinin həbs olunması ilə bağlı hələ ki, Xarici İşlər Nazirliyi və Diasporla İş Üzrə Dövlət Komitəsi məsələyə münasibət bildirməyib.

Mövzunu davam etdirəcəyik.

Tatarıstanda Azərbaycan diasporunun sədri həbs edilib -TƏCİLİ

İnterpress.az