“Çelsi”nin kapitanı: “İndi hər şey öz əlimizdədir”backend

“Çelsi”nin kapitanı: “İndi hər şey öz əlimizdədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu İngiltərənin \”Çelsi\” klubunun futbolçusu Qari Kehill \”Qarabağ\”la keçirəcəkləri Çempionlar Liqasının V tur matçı ərəfəsində deyib. 32 yaşlı mərkəz müdafiəçisi bildirib ki, İtaliya \”Roma\”sı ilə əvvəlki görüşlər \”zadəganlar\” üçün çətin keçib: \”Xüsusən, ötən tur 0:3 hesablı səfər məğlubiyyəti bizim üçün şok oldu. Bundan sonra yaradıcı oyun sərgiləyərək, Premyer Liqada ardıcıl 4 qələbə qazandıq. İndi isə hər şey öz əlimizdədir\”.

Kapitan \”Qarabağ\”la oyuna da qələbə üçün çıxacaqlarını açıqlayıb: \”Bilirik ki, bizə qələbə lazımdır. Bu halda 1/8 finala vəsiqəni vaxtından əvvəl təmin edəcəyik. Biz özümüzə əmin olmalıyıq\”.

Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək \”Qarabağ\” – \”Çelsi\” matçı saat 21:00-da başlayacaq.

İnterpress.az