Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Politoloq: “Lavrov Bakıya iki məsələyə görə gəlmişdi”

“Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfər etməsində iki əsas məsələ var. Azərbaycan – Rusiya diplomatik əlaqələrinin 25 illiyinin tamam olması onun Bakıya səfər etməsində bir bəhanə idi. Səfərdə əsas məqsəd ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və Dağlıq Qarabağ məsələsinin dalandan çıxarılması ilə bağlı hansısa bir təkliflərdir”.

Dərc edilib: 20 noyabr 2017 [12:19]
Baxış sayı: 141

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, poltoloq Rasim Musabəyov Modern.az-a açıqlamasında deyib.

Deputat bildirib ki, Dağlıq Qarabağ məsələsinin dalandan çıxarılması ilə bağlı bu vaxta qədər səylər olub.

“Tərəflər razılaşmanın bir addımlığında olublar. Ancaq bu addımı irəliyə yox, geriyə atıblar. Bu baxımdan pessimist olmağa xeyli əsaslar var. Nə zamansa bu tilsim qırılmalıdır. Ona görə də bu istiqamətdə səylər çox vacibdir. Amma nəticəyə gətirib-gətirməyəcəyi sınaqdan keçirilməlidir. Mən nəticənin yaxşı olacağına bir o dərəcədə ümidli deyiləm”.

İnterpress.az












Oxşar xəbərlər

Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 477