Ərəb Birliyi İrana qarşı toplaşdıbackend

Ərəb Birliyi İrana qarşı toplaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Ərəb ölkələri xarici işlər nazirləri Səudiyyə Ərəbistanın dəvətiylə “İranın regiondakı müdaxilələrini” müzakirə etmək üçün Qahirədə fövqəladə görüş keçiriblər.

Misirin paytaxtı Qahirədə Ərəb Birliyi mərkəzində reallaşan görüşdə xarici işlər nazirləri İranı Husilərə raket hazırlamaqda günahlandıraraq Tehranın regiondakı müdaxilələrini dayandırmaq üçün ərəblərin bu məsələyə birlikdə münasibət bildirməsinin vacib olduğunu qeyd ediblər.

Ərəb birliyi baş katibi Əhməd Əbu Qayt toplantının açılış nitqində İranın Husilərə raket tədarük etdiyini söyləyərək, “Yəməndə münaqişələrin başlanmasından bəri 332 ballistik raket istifadə edilib. Bu raketlər yalnız bir mənbədən gəlir, o da İrandır. İran Ərəb ölkələrində bir çox qüvvələri dəstəkləyir” deyə açıqlayıb.

İnterpress.az