Çinin Arakan böhranı üçün təklifibackend

Çinin Arakan böhranı üçün təklifi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, 51 Asiya və Avropa ölkəsindən gələn diplomatlar bu gün Myanmarda Asiya-Avropa ölkələrinin xarici işlər nazirlərinin toplantısında bir yerə yığışıblar.

Çin xarici işlər naziri Wang Yi, ilk mərhələdə ərazidə atəşkəsin təmin edilməsinin və sabitlik yaradılaraq insanların miqrasiya etməsinin əngəllənməsinin vacib olduğunu vurğulayıb.

Wang, “Tərəflərin əməkdaşlığı sayəsində hal-hazırda ilk mərhələdə məqsədimizə çatdıq. Vacib olan hadisələrin yenidən alovlanmasına mane olmaqdır” deyə bildirib.
Xarici işlər naziri ikinci mərhələdə Myanmar ilə Banqladeş hökümətləri arasında görüşlər keçiriləcəyini, üçüncü mərhələdə isə ərazidəki yoxsulluğa son qoyacaq uzun müddətli bir planın həyata keçiriləcəyini qeyd edib.

İnterpress.az