Bakıda istiliyin olmamasının səbəbi bilindibackend

Bakıda istiliyin olmamasının səbəbi bilindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AzNews.az Bakının Yasamal, Nəsimi və Nizami rayonlarından daxil olan şikayətlərə əsasən məsələni araşdırdıq.

Sakinlər deyir ki, hər il vaxtı-vaxtında istilik pulunu ödəsələr də, mənzilləri istiliklə normal təmin olunmur. İstiliyin verilmədiyi yay aylarında istilik boruları, onların metal avadanlıqları metal yığanlar tərəfindən oğurlanıb.

\”Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev AzNews.az-a açıqlamasında faktı təsdiqləyib. Rafiq Əliyev deyib ki, Nəsimi rayonunda metal oğurluğu barədə idarəyə məlumat daxil olub.

Onun sözlərinə görə, problem qısa müddətdə aradan qaldırılacaq və istilik sisteminin fəaliyyəti bərpa olunacaq.

İnterpress.az