Bakıda DYP əməkdaşı ilə türkiyəli yazar arasınsa maraqlı dialoqbackend

Bakıda DYP əməkdaşı ilə türkiyəli yazar arasınsa maraqlı dialoq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Ölkə.Az\” xəbər verir ki, yazar məqaləsinə “Yavru Vətən Kıbrısdırsa, qardaş vətən Azərbaycandır\” cümləsi ilə başlayır.

Azərbaycan insanı və ölkə haqqında xoş sözlərlə davam edən məqalədə diqqət çəkən məqamlardan biri də, yazarla Azərbaycan Dövlət Yol Polisinin əməkdaşı ilə olan söhbətdir.
“İlk dəfə Bakıda idim. İnsanlar mənə yad yox, doğma kimi idilər. Mənə ən çox təsir edən məqam bizi yolda saxlayan yol polisi ilə söhbətimiz oldu. Məndən haralı olduğumu soruşdu. Adanalı olduğumu deyincə \”Adanaspor\”u eşitdiyini, \”Adana Dəmirspor\”un keçmiş oyunçusu Potinin çox sevdiyini söylədi. Klubun formasını məndən istədi və ən qısa zamanda formanı ona göndərəcəyimi söylədim. Ondan ayrılarkən mənə dedi ki, \”qardaş, pulun yoxdursa, sənə pul verim. Biz qardaşıq, çəkinmə\”, – deyə M.Turaçcı yazır.

Bakıda DYP əməkdaşı ilə türkiyəli yazar arasınsa maraqlı dialoq

İnterpress.az