Azərbaycanlı erməniyə görə oyundan kənarlaşdırıldı – VİDEObackend

Azərbaycanlı erməniyə görə oyundan kənarlaşdırıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Qafqazinfo”ya istinadən xəbər verir ki, qalmaqala səbəb sualın cavabının müzakirəsi zamanı Rövşən Əsgərovun arxasında dayanan izləyici Kim Qalaçyanın cavabı pıçıldaması olub. Bu, aparıcı Boris Kuryukun gözündən qaçmayıb. Erməni oyunçu zaldan qovulub, lakin Əsgərovun komandasının da cavabı qəbul edilməyib və onlar oyun stolunu tərk etmək məcburiyyətində qalıblar. Qələbə məsləhətləşmələrdən sonra avtomatik olaraq rəqib komandaya verilib.

Qərardan bərk hiddətlənən Rövşən Əsgərov isə cavabı nə özünün, nə də komanda üzvlərinin eşitdiyini bildirib.