29 yaşlı oğlan özünü asdı – TƏFƏRRÜATbackend

29 yaşlı oğlan özünü asdı – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Astara rayonunda 29 yaşlı gəncin intiharının bəzi təfərrüatı məlum olub.

Şümrud kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Vasif Musayev özünü yaşadığı evin həyətində asıb:

“Vasif ailəlidir, 3 uşaq atasıdır. Həmin günü Lənkərana gedib. Telefonu xarab idi, gedib ustaya ki, onu düzətdirsin. Oradan qayıdandan sonra isə özünü asıb. Özü də yaşadığı evdən 60 metr aralıda olan bir ağacdan. Həmin vaxt uşaqları evdə olmayıb. Vasifin səhhətində heç bir problem yox idi. Özü də çox kasıb adam idi”.

Qeyd edək ki, Astara rayonunda intihar hadisəsi baş verib. Rayonun Şümrüd kəndi sakini, 1988-ci il təvəllüdlü Musayev Vasif Cavad oğlu özünü yaşadığı evin həyətində asıb.

***

İnterpress.az trend.az-a istinadən xəbər verir ki, hadisə rayonun Şümrüd kəndində baş verib. Kənd sakini, 1988-ci il təvəllüdlü Musayev Vasif Cavad oğlu özünü yaşadığı evin həyətində asıb. Yaxınları onun meyitini asılmış vəziyyətdə aşkar edib.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Astara rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

İnterpress.az