UNICEF: 180 milyon uşağı daha da pis gələcək gözləyirbackend

UNICEF: 180 milyon uşağı daha da pis gələcək gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki,, bu barədə UNİCEF-in yaydığı hesabatda deyilir.

Hesabatda qeyd edilib ki, gələcəkdə 180 milyon uşaq əvvəlki nəsildən də pis, kasıb şəraitdə yaşayacaq, təhsil ala bilməyəcək. UNİCEF-in nümayəndəsi Lourens Çandi deyib ki, uşaqlar üçün görülən tədbirlərə, qazanılan nailiyyətlərə baxmayaraq, bu imkanlardan faydalanmayan, unudulmuş uşaqlar da var. O bildirib ki, 14 dövlətdə, xüsusilə Afrika ölkələrində gündə 2 dollardan az məbləğlə dolanan uşaqlar böyüyür. 21 ölkədə maliyyə böhranı, münaqişələrin artması, sürətli əhali artımı ibtidai təhsil alan uşaqların sayında azalmaya səbəb olub.

L.Çandinin sözlərinə görə, 19 ölkədə, əsasən İraq, Suriya Liviya, Ukrayna Mərkəzi Afrika ölkələri, Cənubi Sudanda uşaqlar zorakılıqdan dünyalarını dəyişir: \”Bununla yanaşı, uşaqları təkcə öz problemləri deyil, üstəlik terror, iqlim dəyişikliyi, münaqişə və miqrant, qaçqınlara qarşı yaxşı olmayan davranışlar da narahat edir. Hətta uşaqların əksəriyyəti böyüklərin, o cümlədən ölkə liderlərinin onların problemlərinə dair seçdikləri həll yolları ilə razı deyillər\”.

İnterpress.az