ABŞ Gürcüstana tank əleyhinə raket kompleksi satacaqbackend

ABŞ Gürcüstana tank əleyhinə raket kompleksi satacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Gürcüstana tank əleyhinə “Javelin” raket kompleksi satacaq. Pentaqondan bəyan edilib ki, müqavilə Birləşmiş Ştatların xarici siyasətini və milli təhlükəsizliyini möhkəmləndirəcək, silahın satılması isə regionda güc balansını dəyişdirməyəcəkdir. Müqavilənin dəyəri 75 milyon dollardır.

Gürcüstan hökuməti isə ABŞ-dan bu komplekslərə uyğun 410 raket və digər avadanlıqları da almaq niyyətindədir. Bundan başqa Amerika tərəfi raketlərin texniki servisini və digər xidmətləri həyata keçirəcək.

İnterpress.az