Rəsmi Ankara: “Türkiyə NATO ilə əlaqələri kəsməyəcək”backend

Rəsmi Ankara: “Türkiyə NATO ilə əlaqələri kəsməyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, France 24 telekanalının müxbirinin sualını cavablandıran Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın, ölkəsinin bir neçə onilliklər ərzində NATO-nun tərkib hissəsi olduğunu vurğulayıb. Türkiyə rəsmisi deyib ki, Norveçdəki insidentlə bağlı araşdırma gedir, bir neçə nəfər işdən qovulub. Türkiyə dövlətinin əsas məqsədi bu insidentin niyə və necə baş verməsini öyrənməkdir.

Kalın həmçinin, ABŞ-ı Türkiyənin terrorçu təşkilatlar siyahısına daxil etdiyi Suriya kürdlərinə yardım etməkdə günahlandırıb.

İnterpress.az