ABŞ dövlət katibi federal qanunları pozmaqda ittiham olunurbackend

ABŞ dövlət katibi federal qanunları pozmaqda ittiham olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ABŞ-ın xarici siyasət qurumunun xidməti yazışmalarını əldə edən \”Reuters\” agentliyi Reks Tillersonun federal qanunları pozduğunu bəyan edib.
Agentliyin məlumatına görə, məmurların belə qeyri-adi reaksiyasına səbəb Tillersonun iyun ayında üç ölkəni – Əfqanıstan, İraq və Myanmanı yetkinlik yaşına çatmayanları hərbi xidmətə cəlb edən dövlətlərin siyahısından çıxarmaqla bağlı qərarı olub.

Məlumata görə, Dövlət Departamentinin bu ölkələrdə uşaqların hərbi xidmətə cəlb edilməsi ilə bağlı açıq-aydın bəyanatlarına baxmayaraq, Tillerson belə addım atıb. Qeyd edək ki, bu cür dövlətlərin siyahısı yetkinlik yaşına çatmayanların hərbi xidmətə cəlb edilməsinin qarşısının alınması barədə qanuna uyğun olaraq, hər il tərtib edilir.
Agentliyin məlumatına görə, Tillersonun üç ölkəni siyahıdan çıxarması onlara ABŞ tərəfindən hərbi yardım göstərilməsini asanlaşdırır.

İnterpress.az