İraq qəzeti Ermənistan-Azərbaycan münaqişəsindən yazırbackend

İraq qəzeti Ermənistan-Azərbaycan münaqişəsindən yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, müəllif Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüquqa malik olduğunu, Ermənistanın bu hüququ pozaraq ölkəmizin torpaqlarını işğal etdiyini yazır. O qeyd edir ki, Sovet İttifaqı dağılarkən Dağlıq Qarabağ vilayəti Azərbaycanın bir hissəsi idi. Ermənistan və Azərbaycan da 1991-ci il dekabrın 21-də Almatı Bəyannaməsini imzalayaraq Müstəqil Dövlətlər Birliyinə daxil oldular. Bəyannamədə regional inteqrasiyaya çağırılır, MDB-yə daxil olan hər bir ölkənin ərazi bütövlüyü və mövcud sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət öz əksini tapır. Bu, o deməkdir ki, dövlətlərin Sovet İttifaqı dövründən qalma inzibati sərhədləri yalnız qarşılıqlı razılıq əsasında dəyişilə bilər”.

Mutəz Muhy Əbdülhəmid BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini və münaqişənin həlli ilə bağlı qəbul edilmiş digər sənədləri yerinə yetirmədiyinə görə Ermənistan rəhbərliyinin beynəlxalq müstəvidə heç bir təzyiqə və sanksiyaya məruz qalmamasından təəccübünü gizlətmir.

Müəllif hesab edir ki, münaqişə beynəlxalq hüququn prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. İraqlı jurnalist məqaləsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu fikirləri ilə bitirir: “Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək ki, onun əzəli torpağında ikinci qondarma erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və olmayacaq”.

İnterpress.az