Böyük Britaniya səfiri: “YPG ilə İŞİD razılaşıb”backend

Böyük Britaniya səfiri: “YPG ilə İŞİD razılaşıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyanın Türkiyədəki səfiri Riçard Mur “Suriyanın Raqqa ərazisində YPG (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu) ilə İŞİD arasındakı anlaşmadan beynəlxalq koalisiya xəbərdardır. Bu qərar ərazidəki qruplar tərəfindən əldə edilib. Bundan koalisiyanın xəbəri var idi. Ancaq mane ola bilmədi” deyə qeyd edib.
Riçard Mur NATO təlimlərində baş verən son qalmaqala da münasibət bildirib: “Türkiyəni başa düşürəm. Ancaq bu, NATO-nun deyil, bir nəfərin əməlidir. NATO məsələ ilə bağlı çox qısa zamanda üzr istədi”.
Səfir Türkiyənin NATO-dan uzaqlaşdığı iddiasının “gülünc” olduğunu söyləyib.
O, Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksi almasını da rəsmi Ankaranın öz işi olduğunu söyləyib.

İnterpress.az