Çingiz Hüseynzadə yenidən vitse-prezident seçildibackend

Çingiz Hüseynzadə yenidən vitse-prezident seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Bildirilib ki, baş Assambleyada Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yenidən İHİF-nın vitse- prezidenti, Könül Nurullayeva isə ikinci dəfə İcraiyyə Komitə sinə üzv seçiliblər.

İHİF Baş Assambleyası zamanı 2013-2017-ci illəri əhatə edən hesabat çıxışlar dinlənilib, 2015-2016-cı illər üçün maliyyə məsələlərinin yükununa baxılıb, növbəti, iki il üçün qarşıda duran planlar müzakirə edilib.

V İslam Həmrəyliyi oyunlarına ev sahibliyi edəcək İstanbul şəhərinin hazırlıq hesabati dinlənilib, Azərbaycanın IV Islam Həmrəyliyi oyunlarında gördüyü işlərə dair video çarx nümayiş edilib. Eyni zamanda, İcraiyyyə komitələrinə üzv seçilmələri məqsədi ilə MOK-ləri nin namizədliyinə baxılıb.

Məlumat üçün bildirək ki, Mohammed S. Al. Garnas İHİF-a yeni baş katib təyin olunub. Baş İdman Təşkilatının sədri , Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti, IHIF-a yei seçilmiş prezident Turky bin Abdulmohsen AL-Alsheikh tərəfindən gənclər və idman naziri Azad Rəhimova, MOK vitse prezidenti Çingiz Hüseynzadəyə və Könül Nurullayevaya IV İslam Həmrəyliyi oyunlarının təşkilindəki xidmətlərinə görə xüsusi mukafatlar təqdim olunub.

İnterpress.az