Daha bir marşrutun istiqaməti dəyişdibackend

Daha bir marşrutun istiqaməti dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən İnterpress.az-a verilən məlumatda deyilir ki, bundan sonra 31 nömrəli marşrut xətti üzrə avtobuslar Abbasqulu Abbaszadə və İzzət Nəbiyev küçələrindən də keçəcək:

\”Dəyişiklik edilməsinə səbəb, qeyd edilən ünvanlarda yaşayan sakinlərin BNA-ya çoxsaylı müraciətləri olub. Belə ki, məskunlaşma yerlərinin olmasına baxmayaraq, qeyd edilən küçələrdən hər hansı bir marşrut xətti keçmirdi”.

Qeyd edək ki, qarşıdakı 10 gün ərzində 31 nömrəli marşrut xətti üzrə avtobusların yenilənmiş sxem üzrə hərəkəti test ediləcək.

İnterpress.az