Goranboyda ağır qəza: 12 nəfər xəsarət alıbbackend

Goranboyda ağır qəza: 12 nəfər xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın APA-ya istinadən verdiyi məlumata görə, \”Oka” və \”Zaporojets” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində 12 nəfər xəsarət alıb. Onlardan 11 nəfəri Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, bir nəfər isə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanların arasında azyaşlıların da olduğu bildirilir. Məlumata görə, xəsarət alan şəxslər toydan qayıdırdılar.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az