“Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldibbackend

“Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABB-nin mətbuat xidmətindən İnterpress.az-a verilən xəbərə görə, \”Fitch\” bankın xarici valyutada uzunmüddətli reytinqini 4 pillə qaldıraraq \”B-\” səviyyəsinə, qısamüddətli reytinqini isə 5 pillə qaldıraraq stabil proqnozla \”B\” səviyyəsinə yüksəldib.

Agentliyin şərhində qeyd edilir ki, reytinqlərin yüksəldilməsi ABB-nin xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyası prosesinin 1 sentyabr 2017-ci ildə başa çatdırılması və problemli aktivlərin bankın balansından çıxarılaraq \”Aqrarkredit\”ə ötürülməsi üzrə son tədbirlərlə bağlıdır. Üçüncü rübün yekun hesabatına görə, ABB-nin \”Fitch\” tərəfindən hesablanan birinci dərəcəli kapital adekvatlığı təxminən 11% təşkil edir.

\”Fitch\” ekspertlərinin rəyinə görə, son bir il ərzində görülmüş işlər nəticəsində bankın aktivlərinin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb və likvidlik mövqeyi möhkəmlənib.

İnterpress.az