İsmayıllı sakini intihara cəhd etdi – TƏFƏRRÜATbackend

İsmayıllı sakini intihara cəhd etdi – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayıllda 50 yaşlı kişinin intihara cəhdinin təfərrüatı məlum olub.

İsmayıllı rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Elsəvər Ağayev AzNews.az-a açıqlamasında Tərlan Cavadovun Qalıncaq kənd sakini olmadığını deyib:

“Tərlan Cavadov rayonun tanınmış dərzisidir. Gözəl ailə başçısı, uşaqları, ortabab dolanışığı, evi, maşını var. Sadəcə, uzun müddətdir ki, şəkər xəstəsidir. Qəbul etdiyi dərmanlardan bezib. Bu üzdən də yaşamaq istəməyib. Xəstəliyi ilə əlaqədar boş vaxtlarında Qalıncaq kəndinə balıq ovuna gedirmiş. Bu dəfə isə balıq ovuna deyil, həmin yerdə özünü öldürmək istəyib. Sirkə turşusu içib, halı pisləşib, yıxılıb. Kənd sakinləri də onu vaxtında görüb və xəstəxanaya çatdırıb. Vəziyyəti pis olduğundan Bakıya göndərdik”.

Qeyd edək ki, İsmayıllı rayonunda intihara cəhd hadisəsi ilə bağlı mətbuatda xəbər yayılıb. Rayonun Qalıncaq kənd sakini, 1967-ci il təvəllüdlü Cavadov Tərlan Ağa oğlu \”Mercedes\” markalı minik avtomobili ilə rayonun Qalıncaq kəndində çayın kənarına gedib və orada sirkə turşusu içərək intihara cəhd göstərib..

***

İnterpress.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qalıncaq kəndində qeydə alınıb.

İsmayıllı şəhər sakini, 1967-ci il təvəllüdlü Cavadov Tərlan Ağa oğlu \”Mercedes\” markalı minik avtomobili ilə rayonun Qalıncaq kəndində çayın kənarına gedib və orada sirkə turşusu içərək intihara cəhd göstərib.

O, ailə üzvlərinə telefonla zəng edərək özünü öldürmək istədiyini və zəhərləndiyini bildirib.

Dərhal hadisə yerinə gedən təcili yardım stansiyasının briqadası Tərlan Cavadovu çayın kənarından huşsuz vəziyyətdə tapıb.

O, İsmayıllı Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra müalicə üçün Bakı Toksikoloji Mərkəzinə göndərilib.

Hadisənin motivi hələlik məlum deyil.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

İnterpress.az