Deputatlarımız AŞPA-nın iclaslarına gedirlərbackend

Deputatlarımız AŞPA-nın iclaslarına gedirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Büro iclasında Avropa Şurasının yeni baş katibinin seçilməsi, qətnamələrin qəbulu prosedurunun təkmilləşdirilməsi, üzv dövlətlərdə bərabərlik, cavabdehlik və şəffaflığın gücləndirilməsi ilə bağlı məsələlərə baxılacaq.

Daimi komitənin toplantısında AŞPA-nın 2018-ci ilin ilk sessiyasının gündəliyi, növbəti il üçün yeni mandatların təqdim edilməsi, Qırğızıstanda keçirilmiş prezident seçkilərinin nəticələri və digər məsələlər müzakirə olunacaq.

Deputatlarımız hər iki tədbirdə müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaqlar.

Səfər noyabrın 25-də başa çatacaq.

İnterpress.az