ABŞ-dan Ərdoğanın ittihamına cavab: “Biz bu hekayəni…”backend

ABŞ-dan Ərdoğanın ittihamına cavab: “Biz bu hekayəni…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Dövlət Departamentində keçirilən ənənəvi brifinqdə H. Nauertə “ABŞ Türkiyəyə qarşı tələ qurur?” deyə sual verib. Sözçü isə cavabında: “Biz bu hekayəni Türkiyədən daha əvvəl də eşitmişdik. Bizi çevriliş cəhdini qızışdırmaqla ittiham etdikləri zaman verdiyim cavabın eynisi vermək məcburiyyətindəyəm. Bunun əsassız, mənasız olduğunu bildirəcəyəm”, deyə qeyd edib.

Bir NATO müttəfiqi olaraq Türkiyədən bu cür açıqlamalar gəlməsini necə münasibət bildirdiyi barədə suala H. Nauert: “Gördüyünüz kimi, bu il əlaqələrimizin gah yaxşı, gah pis olduğu ölkələr var. Biri bəzi şeylər söyləyə bilər, amma sonra söylədiyinə peşman olar. Türkiyə NATO üzvüdür və ABŞ-ın dəyər verdiyi müttəfiqdir. Türkiyə ilə güclü əlaqələrimiz var. Ancaq ABŞ-ın çevriliş cəhdini təşkil etdiyinə dair iddiaların əsası yoxdur”, – deyə cavab verib.

Qeyd edək ki, 2013-cü il dekabrın 17-25-də Türkiyədə korrupsiya və rüşvət ittihamı ilə bir sıra vəzifəli şəxslər, o cümlədən nazir övladları həbs olunmuşdu. Cinayət işi çərçivəsində iranlı iş adamı Rza Zərrab da saxlanılıb. Sonradan bu əməliyyatın fətullahçı polis və prokurorlar tərəfindən təşkil olunduğu bildirilərək həbs olunanların hamısı buraxılıb və cinayət işi bağlanıb. Lakin cinayət işində adları hallanan 4 nazir istefa verməyə məcbur olub.

İnterpress.az