Zimbabvenin yeni prezidenti “Timsah” ləqəbli vitse-prezident olacaqbackend

Zimbabvenin yeni prezidenti “Timsah” ləqəbli vitse-prezident olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Emmerson Mnanqaqva bu gündən yeni vəzifəsinə başlayacaq.

Qeyd edək ki, Zimbabve prezidenti Robert Muqabe parlamentin onun barəsində impiçment qərarı qəbul etməsindən sonra istefa verib. Bu barədə Zimbabve parlamentinin spikeri Ceykob Mudenda bildirib.

Noyabrın 6-da keçirilən iclasda Emmerson Mnanqaqvanın vitse-prezident postundan uzaqlaşdırılmasından sonra Zimbabvedə siyasi böhran yaranıb, ordu vəziyyətə müdaxilə edib. Nəticədə R. Muqabe ev həbsinə məhkum olunub. İclasda R. Muqabenin həyat yoldaşı, E. Mnanqaqvanın əsas siyasi rəqibi Qreys də partiyadan çıxarılıb. Noyabrın 19-da Zimbabvenin hakim partiyası xüsusi iclas keçirərək ölkənin 93 yaşlı prezidentini sədr postundan kənarlaşdırıb, noyabrın 20-dək istefa verməyə çağırıb. Partiyanın yeni sədri Emmerson Mnanqaqva olub. Bundan sonra televiziya vasitəsi ilə xalqa müraciət edən R.Muqabe yaxın həftələr ərzində istefaya getməyəcəyini bəyan etmişdi.

İnterpress.az