Deputat şəhid ailələri ilə bağlı təklif verdibackend

Deputat şəhid ailələri ilə bağlı təklif verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu deputat Musa Qasımlı parlamentin iclasında büdcə müzakirələri zamanı deyib.

Deputat çıxışı zamanı bir sıra təkliflər də irəli sürüb:

“Bildiyiniz kimi prezidentin müəyyənləşdirdiyi strategiya əsasında həyata keçirilən işlər nəticəsində ölkəmizdə qida sənayesi sahəsində müəyyən işlər görülüb.

Lakin yüngül sənaye sahələrinin yaradılması ilə bağlı işlər görülməlidir. Bu sahənin yaradılması yeni iş yerlərinin açılması, sosial problemlərinin aradan qaldırılmasına və digər məsələlərə gətirib çıxara bilər”.
M. Qasımlı gələn ilin dövlət büdcəsində təbii fəlakətlərlə bağlı ayrılan vəsaitlərə yenidən baxılmasını təklif edib.

“Bildiyiniz kimi bu gün dünyada təbii fəlakətlər, zəlzələlər, daşqınlar baş alıb gedir. Bu ölkəmizdən də yan keçmir. Bu baxımdan düşünürəm ki, fövqəladə hallarla bağlı vəsaitələrə bir daha baxılsın”.

Deputat çıxışında 2018-ci ilin büdcəsində ölkəmizdə dəmiryolu sistemində müasirləşmənin aparılması ilə bağlı vəsaitlərin artırılması təklifini də irəli sürüb.
“Bildiyiniz kimi Bakı-Tbilisi-Qars dəmiryolunun açılması bir sıra məsələlərin həllinə səbəb olub. Bu baxımdan düşünürəm ki, dəmiryolu sisteminin müasirləşməsi, müvafiq strukturun yaradılması ilə bağlı vəsaitin artırılmasına ehtiyac var”.

M. Qasımlı şəhid ailələrinin problemlərinə də toxunub:

“Şəhid ailələrinə və müharibə əlillərinə ölkəmiz tərəfindən diqqət göstərilir. Lakin onlara ehtiyaclarını ödəməsi üçün ayrılan məbəğ kifayət etmir. Bu baxımdan yeni büdcədə bu məsələyə diqqət edilməlidir. Bundan əlavə, növbəti ilin büdcəsində məşğulluğun təmin edilməsi ilə bağlı vəsaitələrə bir daha baxmağa dəyər”.

İnterpress.az