Fransada saxlanılan qafqazlı milyarderin həbs müddəti artırılıbbackend

Fransada saxlanılan qafqazlı milyarderin həbs müddəti artırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az rus mətbuatına istinadən xəbər verir ki, senator Süleyman Kərimov Nitsaya diplomatik pasportu olmadan gəlib. Senator bura işgüzar məqsədlə gəlməyib.

Süleyman Kərimov ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. Rəsmi qaydada ona saxlanılması barədə heç bir söz deyilməyib.

Süleyman Kərimov – Rusiya parlamentində təmsil olunan qafqazlı milyardçıdır. O, Rusiyanın ən varlı və nüfuzlu şəxslərindən biri hesab olunur. Milliyətcə ləzgidir. 1998-ci ildən \”Nafta-Moskva\” kompaniyasının sahibi olan Süleyman Kərimov \”Forbes\” dərgisinin versiyasına əsasən milyonçuların reytinq cədvəlində 217-ci yerdə gedir.

Hazırda \”Forbes\” dərgisinin məlumatına görə, S.Kərimovun var-dövləti 12,8 milyard dollar civarındadır. \”İzvestiya\” qəzeti isə 42 yaşlı oliqarxın kapitalının 17,5 milyard dollar olduğunu bildirir.

O, Londonda 60 milyon dollar dəyərində olan mülkün sahibidir. Onun Aralıq dənizi sahilindəki villasının və torpaq sahəsinin qiyməti isə deyilənlərə görə, 300 milyon avro civarındadır.

İnterpress.az