Vitse-spiker: “Bu, məhkəmə prosedurlarının pozulmasına gətirib çıxarır”backend

Vitse-spiker: “Bu, məhkəmə prosedurlarının pozulmasına gətirib çıxarır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

Vitse-spiker bildirib ki, vəkillik rolunu oynayan nümayəndələrin fəaliyyətini tənzimləmək üçün qanunvericilik sahəsində atılan addımlar vəkillərin sayının artırılmasını vacib sayır.

“Burada vətəndaşların məqsədli şəkildə hüquqlarının pozulmasından söhbət getmir. İşlərin yaxşı araşdırılmaması, müdafiənin səviyyəli şəkildə təmin olunmaması istintaqın gedişində bir çox məsələlərin aydınlaşdırılmasının mümkün olmaması məhkəmə baxışı zamanı prosedurların pozulması hallarına gətirib çıxarır.

Təbii ki, nəticəsindən, verilən hökmlərdən, aparılan istintaqdan narazı qalan vətəndaşlar öz hüquqlarının pozulduğu qənaətinə gəlirlər. Hüquqlarının qorunması üçün müvafiq qurumlara müraciət edirlər”.

İnterpress.az