Deputat xaricdəki səfirliklərə və QHT-lərə çox pul ayrılmasını təklif etdibackend

Deputat xaricdəki səfirliklərə və QHT-lərə çox pul ayrılmasını təklif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Azay Quliyev deyib.

Deputat bildirib ki, 2016-cı ildə Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına ayrılan vəsait təxminən 1,6 milyon manat azaldılmışdı.

“Çox təəssüflər olsun ki, 2018-ci ilin dövlət büdcəsindən də heç bir artım nəzərdə tutulmayıb. Əvvəlki 5 milyon manat vəsait qalıb. Düşünürəm ki, bu məsələyə ciddi yanaşmalıyıq. Nəzərə alaq ki, Azərbaycanda 3 mindən çox QHT qeydiyyata düşüb.

Verilən vəsaiti isə hər QHT arasında bölsək, hər birinə 1000-1300 manat vəsait düşür.

Bir il ərzində bu vəsaitlərlə QHT-lər hansı işləri yerinə yetirə bilərlər? Həm də onu nəzərə almaq lazımdır ki, QHT-lərin bir çox layihəsi ölkədən kənarda icra olunur. Manatın devalvasiyasından sonra baş vermiş dəyişikliklər isə bizim xərclərimizi ikiqat artırır. Ona görə də hesab edirəm ki, biz bunlara çox böyük diqqətlə yanaşmalıyıq”.

A.Quliyev qeyd edib ki, 2018-ci il önəmli hadisələrlə və siyasi tədbirlərlə zəngindir.

“Gələn il AXC-nin 100 illik yubileyini və ulu öndər Heydər Əliyevin 95 illik yubileyini təntənəli şəkildə qeyd edəcəyik. Eyni zamanda 2018-ci ilin oktyabrında prezident seçkilərinin keçirilməsi gözlənilir. Hər kəs bilir ki, QHT-lər bu proseslərdə aktiv rol oynayırlar. Seçkilərin monitorinqinin həyata keçirilməsində müəyyən funksiyaları yerinə yetirməlidirlər.

Hesab edirəm ki, bu məsələyə baxmalıyıq və imkan daxilində köməklik etməliyik. QHT-lər Azərbaycanın müstəqilliyinə geniş töhfə verən institutlardır. Biz bu gün bunlara sahib durmasaq, maliyyələrini lazımi şəkildə ödəməsək, şübhəsiz ki, kənardan müdaxilələr olacaq və bu boşluqlar kənar qüvvələr tərəfindən doldurulacaq. Hesab edirəm ki, maliyyə naziri Samir Şərifovdan xahiş etməklə, növbəti ildən bu dəyişikliklərə getmək olar”.

İnterpress.az