Lökbatanda zavodda baş vermiş partlayışla bağlı — Zavod rəhbərindən vacib açıqlamalarbackend

Lökbatanda zavodda baş vermiş partlayışla bağlı — Zavod rəhbərindən vacib açıqlamalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş vermiş hadisədən sonra “Elit Yatırım” LTD şirkəti və hadisə ilə müxtəlif fikirlər səsləndirildi.

Bütün bunlara aydınlıq gətirmək üçün “Elit Yatırım” LTD şirkətinin rəhbəri Ramazan Mehmet Dörtokla əlaqə saxladıq və o, \”Ölkə.Az\”ın suallarını cavablandırıb:

\”5 gündür xəbərlər çıxır ki, zavod dağılıb. Ancaq bu xəbərlər küllüyən yalandır. Hazırda zavod bağlanıb, prokrorluq işçiləri əraziyə heç kimi buraxmır. Əgər icazə versələr sizi əraziyə aparıb, nəyin harada olduğunu göstərə bilərəm. Partlayış baş verəndən sonra zavoda gələndə polislər məni tanımadığı üçün əraziyə buraxmırdılar. Bizim gizləyəcəyimiz heç bir şey yoxdur\”.

Zavod sahibinin sözlərinə görə, partlayış zamanı həlak olan Bəhmən Məmmədov 2 aya yaxın imiş ki, zavoda mal gətirirmiş və hadisə gətirdiyi mallara baxarkən olub:

\”Bəhmən Məmmədov gətirdiyi mallara baxıb, içərisində daha bahalı metalların olub, olmadığını yoxlayırmış. Malları yoxlayan zaman əlindəki alışkanı yandırıb və bu zaman partlayış olub. Hadisə zavodun içərisində yox, zavodun ərazisində Bəhmən Məmmədovun maşının yanında baş verib. Ölən şəxsin hətta maşınının şüşələri də sınmayıb. Həmin maşın hələ də zavodun həyətindədir.

Lökbatanda zavodda baş vermiş partlayışla bağlı — Zavod rəhbərindən vacib açıqlamalar

Səhlənkarlıq həm bir adamı canından etdi, həm də 4-5 gündür ki, zavod bağlı qalıb. Zavodun işləmədiyini deməyimi kimsə səhv anlamasın, ölən adama görə çox pis üzüldük. Bir insan canından oldu, biz də zavod olaraq fəaliyyətimizi dayandırdıq\”.

Zavodda silah istehsal edildiyi iddiasına gəldikdə isə, Ramazan Mehmet Dörtok bildirdi ki, bizim zavod metal tədarükü, satışı və emalı ilə məşğul olur:

\”Deyirlər, silah istehsal edib PKK-ya verirmişik. Ayıbdır. Metal emalı nə zamandan silah istehaslı kimi qiymətləndirilir? Polis, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları zavodda oldular, araşdırma apardılar, hələ də araşdırma davam edir. Partlayışla bağlı da FHN akt tərtib\”.

Fövqəladə Hallar Nazirliyinin partlayışla bağlı tərtib etdiyi aktı sizə təqdim edirik:

Lökbatanda zavodda baş vermiş partlayışla bağlı — Zavod rəhbərindən vacib açıqlamalar

Lökbatanda zavodda baş vermiş partlayışla bağlı — Zavod rəhbərindən vacib açıqlamalar

İnterpress.az