“Ola bilsin ki, Leyla xanım “Əsri”də yox, başqa yerdə dəfn edilib” – Rəsulzadənin nəvəsibackend

“Ola bilsin ki, Leyla xanım “Əsri”də yox, başqa yerdə dəfn edilib” – Rəsulzadənin nəvəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu informasiya dünən media orqanları və sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Bu barədə Modern.az-a danışan xanım jurnalist Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə ilə əlaqə saxlayacağını bildirib:

“Məsələ ilə bağlı hələ ki, rəsmilərdən heç kim maraqlanmayıb. Rais bəylə danışacağıq. Azərbaycan Kültür Dərnəyi olaraq, bu günlərdə yenidən məzarlığa gedəcəyik. Hazırda əlavə detallar öyrənməyə çalışıram”.

Modern.az saytı Rəsulzadənin nəvəsi Rais Rəsulzadə ilə əlaqə saxlayaraq, məsələyə münasibətini öyrənib.

“Çox gözəl hadisədir. Bildiyimə görə, Azərbaycanda bu məsələni – Leyla xanımın məzarının yerini – araşdıran olmayıb. Təbii ki, Ankaradakılar Milli Kültür Dərnəyində çalışan, Rəsulzadəyə aid sənədlərlə işləyən şəxslər bu barədə bilirdilər. Amma Azərbaycandan indiyə qədər heç bir jurnalist bu məsələni araşdırmamışdı. Heç kəsi maraqlandırmayıb, nə yaxşı bu xanım gedib araşdırıb.
Əvvəllər deyirdilər ki, Leyla xanım “Əsri”də yox, başqa məzarlıqda dəfn olunub. İndi bu fakt, xanımın araşdırdığı məlumat nə qədər düzgündür, bunu bilmirəm, gedib Ankarada araşdırmaq olar.
Bizim dəyərli ziyalımız Ramiz Abutalıbov özünün tarixi şəxsiyyətlərlə görüşlərindən ibarət oçerklər kitabında onun barəsində də yazmışdı. Orada bir məlumat getmişdi ki, “Əsri”də yox başqa yerdə dəfn olunub. O zaman bu məsələni araşdıran olmadığı üçün belə də qaldı”, – Rəsulzadənin nəvəsi bildirib.

Rais Rəsulzadə bu məsələdən məmnun qalsa da, yenə də ehtiyatlı olmağı, faktın rəsmi təsdiqini tapmayana qədər çox da yayılmamasını məsləhət görüb:

“Bu və bu kimi məsələlər dəqiqləşmədən, qeyri-rəsmi şəxsdən gələn məlumatı yoxlamadan mətbuatda geniş şəkildə əks etdirmək lazım deyil. Çünki bu fakt yanlış da ola bilər. Tarixi şəxsiyyətlərlə bağlı yazılarda, bu kimi məsələlərdə gərək yanlışlıq olmasın”.

İnterpress.az