Yanacaqdoldurma məntəqəsində yaralananlar ağır vəziyyətdə Bakıya gətirildibackend

Yanacaqdoldurma məntəqəsində yaralananlar ağır vəziyyətdə Bakıya gətirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Trend-ə Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov məlumat verib. Baş həkim bildirib ki, rayonun Separadi kənd sakinləri – Əbülfəz Məmmədov və Çingiz Allahverdiyev ağır yanıq xəsarətləri ilə mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər: \”Əbülfəz Məmmədovun bədəninin 40 faizi, Çingiz Allahverdiyevin isə bədəninin 70 faizi yanıb. Hər iki şəxsin vəziyyəti ağır qiymətləndirilir\”.

Qeyd edək ki, noyabrın 21-də gündüz saatlarında Lənkəranda yanacaqdoldurma məntəqəsində yanğın baş verib. Yanğın nəticəsində orada operator işləyən 1994-cü il təvəllüdlü Məmmədov Əbülfəz Əbülfət oğlu və 1971-ci il təvəllüdlü Allahverdiyev Çingiz Qubad oğlu yanıq xəsarətləri alıb.

İnterpress.az