Myanma hakimiyyəti BMT komissiyasını ölkəyə buraxmır – FOTObackend

Myanma hakimiyyəti BMT komissiyasını ölkəyə buraxmır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Report”a istinadən xəbər verir ki, bunu komissiyanın sədri Marzuki Darusman İndoneziyanın paytaxtı Cakartada keçirdiyi mətbuat konfransında bildirib.
\”Myanma hakimiyyəti bizimlə danışıq aparmağa hazır deyil. Ümid edirəm ki, biz danışıqlar aparacağıq. Myanma hakimiyyətinin baş verənlərlə bağlı açıqlamalarını eşidəcəyik”, – o vurğulayıb.
Qeyd edək ki, \”Amnesty International\” təşkilatı “Açıq havada həbsxana: Myanmanın Arakan əyalətində irqçilik” adı altında kampaniya təşkil edib.
Xatırladaq ki, cari il avqustun 25-dən Myanmanın şimalında, Arakan əyalətində müsəlmanlara qarşı “qanunsuz silahlılara qarşı mübarizə” adı altında qətliam başlayıb. Bu “tədbir” nəticəsində 613 min myanmalı müsəlman Banqladeşə sığınıb.

Myanma hakimiyyəti BMT komissiyasını ölkəyə buraxmır - FOTO

Myanma hakimiyyəti BMT komissiyasını ölkəyə buraxmır - FOTO

İnterpress.az