Əldə etdiyimiz razılaşmalar Suriyada nizamlanma prosesini sürətləndirəcək-Soçi görüşündənbackend

Əldə etdiyimiz razılaşmalar Suriyada nizamlanma prosesini sürətləndirəcək-Soçi görüşündən

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin İran və Türkiyə dövlət başçıları ilə görüşdən sonra bildirib.

\”Ümid edirəm ki, əldə edilən razılaşmalar Suriyada sülh prosesini sürətləndirməyə imkan verəcək, yeni münaqişələrin, etnik və konfessiyalar arası qarşıdurmaların yaranma risklərini azaldacaq və nəticədə Yaxın Şərqdəki ümumi vəziyyətə müsbət təsir göstərəcək\”.

Rusiya prezidenti İran və Türkiyə prezidentlərinə faydalı və məhsuldar söhbətə görə təşəkkür edib.

Qeyd edək ki, bu gün Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşü keçirilib. Görüş Suriya probleminə həsr olunub.

İnterpress.az