Tərtərdə məktəb və uşaq bağçası qəzalı vəziyyətə düşüb – FOTObackend

Tərtərdə məktəb və uşaq bağçası qəzalı vəziyyətə düşüb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Report-a istinadən xəbər verir ki, Tərtər Rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini İlqar Musayevin sözlərinə görə, Tərtər rayonunun Qazıyan kənd körpələr evi uşaq bağçası və Şəmil Quluyev adına İsmayılbəyli kənd orta məktəbinin binalarında iri çatlar əmələ gəlib və bir sıra otaqlarında təhlükəli vəziyyət yaranıb: \”Hazırda həmin dərs otaqlarında tədris aparılmır. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları yaranmış vəziyyətlə bağlı əraziyə baxış keçiriblər\”.

İ.Musayev həmçinin İsmayılbəyli, Evoğlu və Qazıyan kəndlərində vətəndaşlara məxsus 11 fərdi yaşayış evinin zəlzələnin təsirindən uçduğunu, yüzdən çox evdə isə çatlar yaranıb.

Qeyd edək ki, noyabrın 16-də saat 23:48-də Ağdam rayonu ərazisində zəlzələ qeydə alınıb. 25 km dərinlikdə baş verən yeraltı təkanın gücü episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 3-5 bala qədər hiss olunub.

Tərtərdə məktəb və uşaq bağçası qəzalı vəziyyətə düşüb - FOTO

Tərtərdə məktəb və uşaq bağçası qəzalı vəziyyətə düşüb - FOTO

Tərtərdə məktəb və uşaq bağçası qəzalı vəziyyətə düşüb - FOTO

İnterpress.az