“Qarabağ” – “Çelsi” oyununda nəhəng xoreoqrafiya açıldı – VİDEO – FOTObackend

“Qarabağ” – “Çelsi” oyununda nəhəng xoreoqrafiya açıldı – VİDEO – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada açılan xoreoqrafiyada böyük hərflərlə Qarabağ və Azərbaycan sözləri yazılıb.Xoreoqrafiya mərkəzi tribunada nümayiş olunub və 20 min azarkeşi əhatə edib.

Xoreoqrafiyada ingiliscə “Far away from home but where you belong” sözləri yazılan böyük pankart da açılıb. Yəni “Evdən uzaq, amma aid olduğun yer”… Bu cümlə ilə də dünyaya Ağdamın işğal altına olması, bu səbəbdən “Qarabağ”ın doğma yurdundan didərgin düşməsi mesajı verilib.

"Qarabağ" - "Çelsi" oyununda nəhəng xoreoqrafiya açıldı - VİDEO - FOTO

İnterpress.az