NATO Azərbaycanda islahatları dəstəkləməkdə davam edəcəkbackend

NATO Azərbaycanda islahatları dəstəkləməkdə davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu özəl olaraq Trend-ə bu gün Brüsseldə keçiriləcək Şimali Atlantika Şurasının iclası ərəfəsində NATO-dan bildiriblər.

Təşkilatdan bildiriblər ki, Azərbaycan və NATO uzunmüddətli əməkdaşlığa malikdir: \”Azərbaycan əvvəlki kimi NATO-nun Əfqanıstandakı missiyasına mühüm töhfəsini verir və biz buna görə minnətdarıq\”.

NATO-dan onu da bildiriblər ki, təşkilatda Azərbaycanı Şimali Atlantika Şurası üçün vacib tərəfdaş hesab edirlər: \”Bu ilin əvvəlində Azərbaycan NATO ilə tərəfdaşlıq fəaliyyətinin yeni fərdi planını təsdiq etdi. Biz Azərbaycanda bütün sahələrdə islahatların keçirilməsini dəstəkləyirik. Müdafiə sahəsi burada əsas yerlərdən birini tutur. Bu, uzunmüddətli dövrü əhatə edən işdir\”.

İnterpress.az