Milli Məclis büdcə müzakirələrini bu gün yekunlaşdıracaqbackend

Milli Məclis büdcə müzakirələrini bu gün yekunlaşdıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, büdcə müzakirələri ilə bağlı parlamentin plenar iclasları bu gün yekunlaşacaq.

Müzakirlər 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri hökumət nümayəndələri ilə birlikdə aparılır.

Üç gündür davam edən iclaslarda Milli Məclisin gündəliyinə aşağıdakı 7 məsələ daxildir:

1. \”Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında\” Azərbaycan Respublikası qanununun layihəsi barədə

2. \”Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında\” Azərbaycan Respublikası qanununun layihəsi barədə

3. \”İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında\” Azərbaycan Respublikası qanununun layihəsi barədə

4. \”Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında\” Azərbaycan Respublikası qanununun layihəsi barədə

5. \”Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında\” Azərbaycan Respublikası qanununun layihəsi barədə

6. Azərbaycan Respublikası Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında

7. Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında.

İnterpress.az