Fazil Mustafa “Qarabağ”dan yazdıbackend

Fazil Mustafa “Qarabağ”dan yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbola görə niyə məyus olursunuz? Normal hakimlər oyunun başlarında belə epizodlarda qırmızı kart vermirlər. Cərimə verməkdə haqlı idi, uzağı sarı kart verərək oyunun normal seyrini təmin etməli idi. Oyun sındırıldıqdan sonra onsuz da uduzan komandaya bəsit bir əngəlləməyə görə ikinci 11 metrlik cərimə zərbəsi belə asanlıqla verilmir. Burada ədalətsizlikdən söhbət getmir, hakimin əvvəlcədən nəzərdə tutduğunu həyata keçirməsindən, yəni planlı hərəkətindən söhbət gedir. Futbolda bunlar olur. Mən bilirsiniz nəyə sevindim? Komandamızın sona qədər sistemi pozulmadı, son üç oyunu azlıqda oynayır, ancaq mübariz xarakteri dəyişmir. Qurban Qurbanova Azərbaycan adına ancaq təşəkkür düşür. Son dörd oyunda meydanda məzlum komanda olmadı, hakimə rağmən dirəniş göstərən, rəqiblə baş-başa oyun oynayan, rəqibin avtoritetindən çəkinməyən bir komanda vardı…Ən xoşuma gələn də oyunçuların emosional davranış göstərməməsi idi. Qərəzli hakimə qarşı hansısa sərt hərəkətə görə komandaya cərimə yükü gətirmədilər. Bu komandaya güvənim zərrə qədər də azalmadı. Uduzsa da, bizi utandırmadı \”Qarabağ!\”

İnterpress.az