Akademiya ev almaq şərtini açıqladıbackend

Akademiya ev almaq şərtini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Akademiyadan Trend-ə bildiriblər ki, yeni kooperativ yaşayış evləri yalnız AMEA əməkdaşları üçün inşa ediləcək.

Mənzilin ümumi sahəsinin 1 kvadrat metrinin qiyməti 470 manata qədər olacaq.
Mənzil almaq üçün bir neçə ödəniş qaydası təklif edilir.

Şərtlərdən biri budur ki, mənzilin dəyərinin 30%-i ilkin, qalan məbləğ isə 3 ilə veriləcək.

Mənzilin dəyərinin 20%-nin ilkin, qalan məbləğin 2,5 ilə və mənzilin dəyərinin 10%-nin ilkin, qalanını 2 ilə ödəmək kimi şərtlər də nəzərdə tutulur.

İnterpress.az