“Qəfildən, süfrə başında dünyasını dəyişib” – Natiqin qəfil vidasıbackend

“Qəfildən, süfrə başında dünyasını dəyişib” – Natiqin qəfil vidası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri \”facebook\”da tanınmış diktor Nəsimi Nəbizadə iş yoldaşı, ötən gecə qəfildən vəfat edən Natiq Qədimovla bağlı yazıb.

O, Natiqin bu yaxınlarda ata olacağını da vurğulayıb:

\”İşdən çıxıb, gəlib evə, zəng edib valideynlərinə, qardaşına… Deyib, gəlin bizə, qonaqlıq verirəm, həm də bir yerdə futbola baxaq, onlar da yığışıb gəlib. Natiq doğmaları ilə son dəfə görüşüb, onların gözü qarşısında, qəfildən, süfrə başında dünyasını dəyişib. Yaxın müddətdə ikinci dəfə ata olacaqdı\”.

Qeyd edək ki, APA-nın əməkdaşı olan N. Qədimov ötən gecə 41 yaşında infarktdan vəfat edib.

Natiq Qədimov 1976-cı ilin iyul ayının 2-də Bakıda dünyaya göz açıb. Uzun müddət televiziya və mətbu orqanlarda çalışıb. Hələ \”Ayna\” (\”Zerkalo\”) qəzetində işlədiyi müddətdən böyük hörmət qazanıb. İctimaiyyət isə onu daha çox bir vaxtlar ANS televiziyasında yayımlanan \”İç Xəbər\” və \”Növbətçi\” verilişlərindən tanıyır.

Allah rəhmət eləsin!

İnterpress.az