Əfqanıstan prezidenti Bakıya səfər edəcəkbackend

Əfqanıstan prezidenti Bakıya səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib. Diplomatik mənbənin verdiyi məlumata görə, Əfqanıstanın prezidentinin Bakıya səfəri noyabrın 30-da baş tutacaq.

Məlumata görə, Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani 30 noyabr-1 dekabr tarixlərində Bakıda keçiriləcək \”Asiyanın Qəlbi” – İstanbul Prosesi çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransında iştirak edəcək.

İnterpress.az