Qətər yenidən dialoq üçün çağırış etdibackend

Qətər yenidən dialoq üçün çağırış etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Qətərin baş naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Sani dövlət televiziyasına verdiyi müsahibədə blokadaya alan dövlətlərlə Qətər arasında sərhəd, gömrük və ya təhlükəsizlik məsələlərində heç bir mübahisənin olmadığını qeyd edib. O müsahibə zamanı: “Sözdə mübahisənin səbəbi Qətərin beynəlxalq və regional uğurları, humanitar məsələlərə və regionun sabitliyinə verdiyi dəstək ilə xalqların tələblərinə göstərdiyi hörmət ya da Qətərin Dünya Kubokuna ev sahibliyi edəcəyidirmi? Bəlkə daxili işlərimizə müdaxilədir? Əslində böhranın məqsədi bəllidir və hamı artıq görür ki, məqsəd Qətərin daxili işlərinə müdaxilədir. Bu isə Qətər xalqının qırmızı xəttidir və qəbul edilə bilməz. Böhrandan yeganə çıxış yolu dialoqdur”, – deyə bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistan, BƏƏ, Bəhreyn və Misirin 5 iyunda Qətər ilə bütün diplomatik əlaqələri kəsməsi böhrana səbəb olmuşdu.

İnterpress.az