“Avropada separatçılığa “yox” deməklə bağlı yeni mövzu ortalığa çıxdı”backend

“Avropada separatçılığa “yox” deməklə bağlı yeni mövzu ortalığa çıxdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov, Azərbaycanın Belçikadakı səfirliyinin nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimov, Azərbaycanın Avropada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri, həmçinin bir çox nüfuzlu beynəlxalq ekspertlər, siyasi xadimlər, sabiq ölkə prezidentləri, baş nazirlər və parlament sədrləri iştirak ediblər. Artıq Forum başa çatıb.

Milli Məclisin deputatı Rövşən Rzayev Modern.az-a açıqlamasında forumun əhəmiyyətindən danışıb.

“Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi çox yaxşı görüş təşkil etmişdi. Avropanın bir neçə ölkəsindən çox nüfuzlu ekspertlər, millət vəkilləri dəvət olunmuşdu. Azərbaycanın bugünkü gələcəyi, Avropa enerji təhlükəsizliyində apardığı fəaliyyət və ölkəmizin regionda gördüyü işlərlə bağlı fikirlər səsləndirildi. Orada bir neçə görüşlər oldu. Hər görüşdə bir neçə ölkənin nüfuzlu insanları iştirak edirdi. Sonra Dağlıq Qarabağın işğalı ilə bağlı fikirlər səsləndirildi. Təbii ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının İdarə Heyətinin üzvü kimi mən də orada mövqeyimi səsləndirdim. Separatçılığa “yox” deməklə bağlı yeni bir mövzu ortalığa çıxdı. Yaxın gələcəkdə daha geniş şəkildə açıqlanacaq. Eyni zamanda, forumda Ermənistan-Azərbaycan sülh Platforması barədə də danışdım. Biz sülhə “hə” müharibəyə “yox” deyirik kimi fikirlərimizi forum iştirakçılarının diqqətinə çatdırdıq”.

İnterpress.az