11 ildən sonra “Əl Fətih” və “Həmas” razılığa gəldibackend

11 ildən sonra “Əl Fətih” və “Həmas” razılığa gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Fələstin hakimiyyətini əldə saxlayan qruplaşmalar olan “Əl-Fətih” və “Həmas” 11 ildən sonra ilk dəfə məclis seçkilərinin keçirilməsi məsələsində razılığa gəliblər.

2018-ci ilə planlaşdırılan seçkilərin vaxtını Mahmud Abbasın müəyyənləşdirəcəyi bildirilir.

Fələstində İordan çayının qərb sahillərini idarə edən \”Əl Fətih\” və Qəzzədəki iqtidara rəhbərlik edən \”Həmas\” qruplaşması 2018-ci ilin sonunda ümumi seçkilərin keçirilməsi barədə qərar qəbul edib.

Misirin paytaxtı Qahirədə keçirilən iki günlük görüşlərdən sonra alınan qərarı açıqlayan 13 qrup seçkilərin dəqiq tarixini təyin etmə səlahiyyətini isə Mahmud Abbasa həvalə edib.

İnterpress.az