Musa Quliyev də ezamiyyə pulunun artırılmasını istədibackend

Musa Quliyev də ezamiyyə pulunun artırılmasını istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu bunu Milli Məclisin iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı deputat Musa Quliyev deyib.

Deputat ezamiyyə xərclərinin büdcədə ayrıca qeyd edilməsini təklif edib.

“Büdcəni biz təsdiq edirik. Ona görə də hökumətdən xahiş edirik ki, ezamiyyə xərclərini artırsın. Son 3 ildə çox böyük əziyyətlər çəkirik. Biz beynəlxalq təşkilatlara gəzmək üçün getmirik. Ermənilərin təxribatlarının qarşsını almağa, Azərbaycana qarayaxma kampaniyası aparanlarla mübarizə aparmağa gedirik.

Bu istiqamətdə parlamentin dostluq qruplarının çox böyük əhəmiyyəti var. Dost olarkən gərək gedərsən, gələrsən, münasibət qurasan. Biz heç onları bəzən layiqincə qarşılaya bilmirik. Bir də rayonlara vətəndaşlarla görüşə gedərkən ya maşın çatışmazlığından, ya da yanacaq çatışmazlığından əziyyət çəkirik. Qanunda da bu göstərilsin”.

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib: “Musa müəllim, qanunda elə şey yazılmayıb”.

İnterpress.az