Cənubi Koreya ABŞ ilə hərbi təlimləri təxirə salmaq fikrindədirbackend

Cənubi Koreya ABŞ ilə hərbi təlimləri təxirə salmaq fikrindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Koreyanın ABŞ ilə ortaq hərbi təlimlərini öz torpaqlarının işğalı üçün hazırlıq kimi qiymətləndirən Şimali Koreya, daha əvvəl raket sınaqları və digər tədbirlərlə qarşılıq vermişdi.

Cənubi Koreya Yonhap agentliyinin adı açıqlanmayan bir səlahiyyətli nümayəndədən əldə etdiyi məlumata görə, hərbi təlimləri dayandırmaq məsələsi uzun müddətdir müzakirə mövzusu imiş. Lakin hələ ki, təlimlər barəsində bir qərar verilməyib.

Qeyd edək ki, Cənubi Koreya və ABŞ silahlı qüvvələrinin adətən mart və aprel aylarında həyata keçirdikləri hərbi təlimlərdə 17 min amerikan, 300 minə qədər isə cənubi koreyalı əsgərlər iştirak edirlər.

İnterpress.az